"Sabah"la oyundan əvvəl "Mançester Yunayted"in ulduz futbolçusu zədələndi
“Mançester Yunayted”in hücumçusu Markus Reşfordun “Sabah”a qarşı oynayıb-oynamayacağı hələ dəqiq deyil. Futbolçu “Everton”la oyunda zədələnib və fiziki narahatlıq səbəbindən 70-ci dəqiqədə əvəzlənib. Qeyd edək ki, “Mançester Yunayted” – “Sabah” qarşılaşması sentyabrın 10-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
07 sentyabr 2026

