Sabahdan şagirdlərin elektron yerdəyişməsi başlayır
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır. Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib ki, fevralın 20-i saat 11-dən cari tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq. Lakin XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin IX siniflər üzrə yerdəyişmə prosesi də martın 1-dən tədris ilinin sonunadək aktiv edilməyəcək.
Fərid Mehdiyev