Sabahdan seçkiqabağı təşviqat başlayır
2020-01-16 10:00
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədliyi qeydə alınmış şəxslərin sabahdan seçkiqabağı təşviqat kampaniyası başlayır. Namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçkiqabağı təşviqat aparması səsvermə gününə 23 gün qalmış başlanır, səsverməyə 24 saat qalmış dayandırılır.
Fərid Mehdiyev