Sabahdan prezident seçkiləri ilə əlaqədar təşviqat başa çatacaq
Sabahdan növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatacaq. Fevralın 6-da saat 8-də təşviqatın aparılması dayandırılacaq. Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.
Vüsalə Cənnətova