Sabahdan dördgünlük tətil başlayır

2019-08-09 15:32

Sabahdan Azərbaycanda Qurban bayramı ilə əlaqədar dördgünlük tətil başlayır. Avqustun 10-u şənbə, 11-i bazar gününə təsadüf edir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Qurban bayramı ilə əlaqədar avqustun 12-si və 13-ü qeyri-iş günüdür. Beləliklə, 10-13 avqust tətil günləridir. Növbəti iş günü avqustun 14-dür.

Vüsalə Camal