Canlı
Sabahdan ölkə ərazisində qazanxanalar işə salınacaq

Noyabrın 15-dən etibarən ölkə ərazisində binalara istilik sisteminin verilməsinə başlanılacaq. "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin abonentlərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev deyib ki, sabah səhər saatlarından Bakı və Abşeron yarımadası ilə yanaşı, 43 rayonda qazanxanalar işə salınacaq. Artıq sistemin xətləri yoxlanılıb, nasazlıqlar tam aradan qaldırılıb və xətlər hazır vəziyyətə gətirilib.

Ruhəngiz Hacıyeva