"Sabah" - "Zirə" matçının vaxtı açıqlanıb
2020-11-06 17:09
Azərbaycan Premyer Liqasında IX turun “Sabah” - “Zirə” matçının vaxtı müəyyənləşib. Görüş noyabrın 8-də keçiriləcək və saat 17-də start götürəcək. Bu günə planlaşdırılan oyun Masazır təmsilçisinin bəzi futbolçularında koronavirus şübhəsi təsbit edildiyi üçün təxirə salınıb.
Vüsalə Camal