"Sabah" - "Zirə" matçı təxirə salınıb
2020-11-06 15:01
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun bu gün keçirilməsi nəzərdə tutulan "Sabah" - "Zirə" matçı təxirə salınıb. Peşəkar Futbol Liqasının xəbərinə görə, matçın baş tutmamasının səbəbi koronavirus şübhəsidir. Belə ki, ev oyunu öncəsi "Sabah"ın bəzi futbolçularında koronavirus şübhəsi təsbit edilib. PFL həmin oyunçuların adlarını açıqlamayıb.
Nərgiz Camal