Canlı
Sabah yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş yarışlarına start veriləcək

2018-10-11 / 18:02

Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir. Sabah güləş yarışlarına start veriləcək. Olimpiadada ölkəmizi iki güləşçi - Şahanə Nəzərova və Turan Bayramov təmsil edir. Oktyabrın 13-də Nəzərova, ertəsi gün isə Bayramov xalça üzərinə çıxacaq.

Vüsalə Camal