Sabah Suqovuşanda “Prezident Kuboku-2024” beynəlxalq reqatası başlayacaq
Sabah Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku-2024” beynəlxalq reqatasına Suqovuşanda start veriləcək. Yarışlar 2-3 may tarixində Mingəçevirdə davam edəcək. Yığma komandanın üzvü Diana Dımçenkonun “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanması təşkil olunacaq reqataya xüsusi rəng qatır.
Vüsalə Cənnətova