Sabah mavi yanacağın təminatında fasilə yaranacaq
2021-03-29 14:02
“Gəncə” qazpaylayıcı stansiyasında müvafiq qurğu və avadanlıqların təmiri və təftişi ilə əlaqədar sabah saat 10-dan işlər başa çatanadək “Şəhər 1”, “Maşınqayırma”, “Şəhər 2” və “Avtozavod”, həmçinin “Bağmanlar” orta təzyiqli qaz xəttindən qazın verilişi dayandırılacaq. 84 375 abonentin mavi yanacaqla təminatında fasilə yaranacaq.
Nərgiz camal