Sabah müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başa çatır
Sabah saat 11:00-da dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi yekunlaşır. Bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçirilir. Müəllimlərin işə qəbulu üzrə müsabiqəsi test imtahanı və müsahibə hissəsi də olmaqla 4 mərhələdən ibarətdir.
Azad Mustafayev