Sabah havanın yağmursuz keçəcəyi gözlənilir
Milli Hidrometerologiya Xidməti mlumat yayıb ki, sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq. Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.
Fərid Mehdiyev