Canlı
Sabah Gəncənin bəzi ərazilərində qaz olmayacaq

2018-04-16 / 12:08

Sabah Gəncənin qaz təminatında məhdudiyyət olacaq. Aşkar edilmiş yeraltı, yerüstü qaz sızmaların aradan qaldırılması məqsədi ilə “Gəncə” QPS-in çıxışında quraşdırılmış kollektordan qidalanan “Maşınqayırma” xətti, “Gəncə 1” və “Bağmanlar" QPS-dan mavi yanacağın verilişi saat 10:00-dan 18:00-dək dayandırılacaq.

Ruhəngiz Hacızadə