Canlı
Sabah futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start veriləcək

2018-12-05 / 16:37

Sabah futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start veriləcək. 27-ci ölkə kuboku uğrunda mübarizə 1/8 final mərhələsindən başlayacaq. Gəncənin “Kəpəz” klubu ilk mərhələdən trofey üçün yarışa qoşulacaq. “Sarı-göylər”in rəqibi Premyer Liqada çıxış edən “Səbail” klubu olacaq. Şəhər stadionunda keçiriləcək oyunun startı saat 13:30-da veriləcək. Bu mərhələ bir görüşdən ibarətdir.

Vüsalə Camal