Sabah bəzi rayonlara yağış yağacaq

2019-07-01 15:49

Sabah rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Temperatur gecə 21-26, gündüz 31-36 dərəcə isti təşkil edəcək.

Ruhəngiz Hacızadə