Sabah Azərbaycanda Ramazan ayı başlayır
2020-04-24 14:07
Sabah Azərbaycanda Ramazan ayı başlayır. İftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılması məsləhət görülür. Ramazan ayının builki təqviminə görə Əhya gecələri 12, 14, 16 və 20 may tarixlərinə təsadüf edir. Niyyət gecəsi aprelin 24-dən 25-nə keçən gecəyə düşür. Ramazan bayramı isə mayın 24-nə təsadüf edəcək.
Nərgiz Camal