"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub
“Sabah” Azərbaycan Kubokunun qalibi olub.Finalda “Zirə”ni 2:1 hesabı ilə məğlub edən “bayquşlar” tarixində ikinci dəfə titulu qazanıblar.“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov rəqibin vurduğu hər iki qolu "ustalıq nümunəsi" adlandırıb. O bildirib ki, komandası Premyer Liqada dördüncü yer uğrunda mübarizəni davam etdirəcək. "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas isə komandasının mövsümü mükəmmələ yaxın keçirdiyini bildirib.Mütəxəssis futbolçuların əzmkarlığını və peşəkarlığını xüsusi vurğulayıb.
14 may 2026

