Canlı
Sabah 26 mindən çox şəxs imtahan verəcək

2018-07-09 / 12:01

Dövlət İmtahan Mərkəzi iyulun 10-da 9 şəhər və rayonda, o cümlədən Gəncədə növbəti imtahanlar keçirəcək. İmtahanlarda V qrupda xüsusi qabiliyyət tələb edən ixtisaslara və tam orta təhsil bazasında kolleclərə sənəd vermiş əvvəlki illərin məzunları; ümumi orta təhsil bazasında kolleclərə sənəd vermiş əvvəlki illərin məzunları iştirak edəcəklər. Həmçinin eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçən, üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları - ümumilikdə 26 014 nəfər imtahan verəcək.

Vəfa Şairova