Saatlı sakinlərindən narkotik və silah-sursat aşkarlandı
Saatlıda polis rayon sakinləri Müqəddəs İsgəndərov və Ağarəhim Yolçuyevi 2 kiloqram 500 qram heroin, 5 kiloqrama yaxın marixuana, 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patronla saxlayıb. Şəxslərin sosial şəbəkə vasitəsilə tanış olduqları İran vətəndaşına kuryerlik etdikləri məlum olub. Barələrində həbs qətimkan tədbiri seçilib.
Vüsalə Cənnətova