Saatlıda yanğın hadisəsi baş verib

2019-08-10 15:45

Qara Nuru kənd sakini Məmmədov Ramiz İsan oğluna məxsus həyətdəki hamamda qaz yanan zaman partlayış baş verib. Ardından yanğın başlayıb. Qısa müddətdə güclənən alov tövləyə və ot tayasına keçib. Hadisə nəticəsində ev sahibi qol və boyun nayihələrindən yüngül yanıq xəsarətləri alıb. Olay yerinə yanğından mühafizə xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib, alov söndürülüb.

Fərid Mehdiyev