Saatlıda qanunsuz turac ovu ilə məşğul olan şəxslər saxlanılıb

Rayon Polis Şöbəsi və 7 saylı Saatlı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən aparılan reyd zamanı şübhəli bilinən avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı adları "Qırmızı kitab"a düşən 3 ədəd ovlanmış turac quşu aşkar edilib. Rayon sakinləri Eyvaz Rəhmanov və Təhməz Yolçuyev saxlanılaraq polis şöbəsinə gətirilib. Həmçinin avtomobildə qeydiyyat sənədləri olmayan iki ədəd ov tüfəngi də aşkarlanıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Vəfa Şairova