Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb
2021-11-12 10:05
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Yoxlamalar zamanı “Səma” şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub. Qayda pozuntusuna yol verən obyektin icarədarı inzibati qaydada məsuliyyətə cəlb edilib.
Nərgiz camal