Saatlıda ölümlə nəticələnən yol qəzası olub
Saatlının Qara Nuru kəndində 2000-ci il təvəllüdlü, Məmmədabad kənd sakini Emil Astanovun idarəetməni itirməsi nəticəsində “VAZ” binaya çırpılıb. Nəticədə sürücünün anası, 1959-cu il təvəllüdlü Aybəniz Astanova aldığı xəsarətlərdən ölüb. Sərxoş vəziyyətdəki sürücünün avtomobili idarə etmək hüququ olmayıb.
Nərgiz Camalzadə