Canlı
Səyyar “ASAN xidmət” davam edir

2018-07-09 / 16:15

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, səyyar ASAN xidmət 27 iyun – 26 iyul Kürdəmir və Lənkəran şəhərində, 2 – 31 iyul Şəki və Qusar şəhərində, 4 – 18 iyul Pirallahı rayonunda, 6 – 30 iyul Şamaxı şəhərində, 7 – 31 iyul Gədəbəy və Yevlax şəhərində, 9 – 28 iyul Novxanı qəsəbəsində, 11 – 30 iyul Yardımlı şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Fərid Mehdiyev