Səudiyyə Ərəbistanının Məkkə şəhərində ənənəvi Həcc ziyarəti başlayıb
2020-07-29 14:06
Səudiyyə Ərəbistanının Məkkə şəhərində ənənəvi Həcc ziyarəti başlayıb. Bu il koronavirus pandemiyası ilə əlaqədar xarici ölkələrdən zəvvarların gəlişi qadağan edilib. Hər il təxminən 2 milyon müsəlmanın iştirak etdiyi Həcc mərasimlərinə bu il yalnız 10 min Səudiyyə Ərəbistanı vətəndaşı qatılacaq. Mərasim zamanı maska taxmaq və digər sanitar normalar zəruri olacaq. Həcc mərasimi avqustun 2-dək davam edəcək.
Vüsalə Camal