Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi Prezidentə məktub yazdı
2020-10-13 12:00
Prezident İlham Əliyevə məktub göndərən Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa və Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi Turki Al Faysal ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin 30 ilə yaxındır yerinə yetirilməməsindən xəbərdar olduqlarını bildiriblər. "Siz yüksək idarəetmə bacarığı və strateji baxımdan səbirli yanaşma nümayiş etdirmisiniz. Biz bu məsələni Birləşmiş Millətlər Təşkilatının diqqətinə çatdırmalı və beynəlxalq qurumları bununla bağlı lazımi təzyiq göstərməyə cəlb etməliyik" - deyə məktubda vurğulanır.
Nərgiz Camal