Sərt məhdudiyyətlərin aradan qaldırılmasından sonra ölkəmizdə yoluxan insanların sayında artım var
2020-06-18 10:00
Sərt məhdudiyyətlərin aradan qaldırılmasından sonra ölkəmizdə yoluxan insanların sayında artım var. Lakin səhiyyə sistemimiz bunun öhdəsindən gəlir. Bu fikirləri Prezident İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə nümayəndələri arasında videokonfransda səsləndirib. Həmçinin vurğulayıb ki, postpandemiya dövrü böhranını idarə etmək üçün ölkə strategiyasına ehtiyacımız var.Çünki iqtisadiyyatın bəzi sahələri ciddi şəkildə zərər çəkdi. Xüsusilə də yaxşı nəticələrimiz olan və son 4 ildə artımın olduğu turizm sahəsi. Pandemiyadan sonra bu sektoru canlandırmağa çalışmalıyıq – deyə dövlət başçısı diqqətə çatdırıb.
Fərid Mehdiyev