Sərt karantin günlərində 635 sürücü cərimə olunub
2020-06-16 18:05
Baş Dövlət Yol Polisi İdarəsi sərt karantin günlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazilərində karantin rejimini pozan sürücülərin sayını açıqlayıb. Nəqliyyat vasitələri ilə hərəkətdə olan 635 nəfər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Fərid Mehdiyev