Sərsəng Su anbarı ilə bağlı müzakirələr keçirilib
AŞPA-nın Sosial, Səhiyyə və Davamlı İnkişaf Məsələləri Komitəsində Sərsəng Su anbarı ilə bağlı müzakirələr keçirilib və konkret olaraq bir daha ermənilərin destruktif mövqeyi Komitə üzvlərinin diqqətinə çatdırılıb. Qərara alınıb ki, ermənilər yaxın müddətdə öz mövqelərindən əl çəkməsələr, məruzə onlarsız hazırlanaraq AŞPA-ya təqdim olunsun. Qeyd edək ki, AŞPA-nın "Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında təyin edilmiş məruzəçi, Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviç dəfələrlə bəyan edib ki, ona hələ də Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək imkanı verilməyib.
Ruhəngiz Hacızadə