Sərnişinləri sürücünü döyərək mobil telefonunu alıb, avtomobilini əzdilər
Xəzər rayonunun Buzovna qəsəbəsində “Toyota” markalı bir avtomobildə sərnişin olan 2 nəfər sürücünü döyərək mobil telefonunu alıb və avtomobili əzərək ona 2000 manat dəyərində ziyan vurub. Quldurluq əməlində şübhəli bilinən qəsəbə sakini Elxan Bəxtiyarlı və qardaşı Bəxtiyar müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev