Sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək

2019-07-10 15:30

Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək. Qərar Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarının ləğv olunması ilə əlaqədar verilib. Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı iyulun 15-dən etibarən paytaxtdan saat 23:00-da, Böyük Kəsikdən isə 20:20-də yola düşəcək. Bakıya saat 06:30-da, Böyük Kəsiyə isə saat 08:50-də çatacaq.

Ruhəngiz Hacızadə