Sərnişin avtobusu iki minik avtomobili ilə toqquşub
Bakının Biləcəri qəsəbəsində avtobusla “Prius” və “Sonata” markalı avtomobillərin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Toqquşmadan sonra avtobus yol kənarında yerləşən obyektə çırpılıb. Avtobusun sürücüsü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.

