"Sərhədlərin delimitasiyası prosesinin vaxtında başa çatdırılması qarşılıqlı strateji maraq kəsb edir"- Salome Zurabişvili
2020-09-25 10:03
"Sərhədlərin delimitasiyası prosesinin vaxtında başa çatdırılması qarşılıqlı strateji maraq kəsb edir". Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı deyib. "Gürcüstan Prezidenti əmindir ki, bu prosesə heç kim və heç nə mane ola bilməz", - deyə mətbuat xidmətinin məlumatında vurğulanıb. Qonşu ölkənin rəhbəri ölkəsinin münaqişə tərəflərinin istəyi ilə bölgədə sülh və sabitliyi təşviq etmək üçün bir platforma olmağa hazır olduğunu qeyd edib.
Fərid Mehdiyev