Sərhədi qanunsuz keçmək istəyən Hindistan vətəndaşı saxlanılıb
“Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana keçməyə cəhd edən Hindistan vətəndaşı saxlanılıb. Saxlanılan şəxsin rəsmi qaydada ölkə ərazisinə gəlməsi, daha sonra dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa olkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.