Canlı
Sərhədi pozmaq istəyən 3 nəfər saxlanılıb

2018-01-11 / 18:12

Azərbaycan vətəndaşları Sənan Xasməmmədov və Elvin Xasməmmədov Ağstafanın Sadıxlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Gürcüstana keçməyə cəhd göstərərkən saxlanılıblar. Xəqani Orucov isə Qusarın Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən Rusiyaya keçmək istəyərkən yaxalanıb. Hər iki fakt üzrə cinayət işi başlanılıb.

Fərid Mehdiyev