2020-09-17 16:05
Dövlət Sərhəd Xidmətinin Beyləqan ra¬yonunun 2-ci Şahsevən kəndi ya¬xınlığındakı sərhəd zas¬tavasının xidməti ərazi¬sində 2 naməlum şəxs İrandan Azərbay¬can isti¬qa¬mətində dövlət sər¬hədini pozub. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayanlara silah tətbiq edilib və güllə yarasından 1 nəfər hadisə ye¬rində ölüb. Digəri ərazinin mürəkkəb relyefli olma¬sından istifadə edərək geri qaçıb. Ərazidən 1 ədəd tüfəng, 2 ədəd çantada təxmini çəkisi 15 kq olan narkotikə bənzər maddə aşkar edilib. Sərhəd pozu¬cuları ilə görüşərək onlardan yükü təhvil almağa gələn və məftilləri qıraraq sərhəd¬boyu zolağa daxil olan Beyləqan rayon sakini 45 yaşlı Adiş Məmmədov saxlanılıb. Üzərində sərhəd pozu¬cu¬larına vermək üçün gətirdiyi 10 ədəd şüşə qabda alkoqol içkiləri aşkar olunub.
Vüsalə Camal