Sərhəd pozucuları 12 kiloqram heroinlə yaxalanıb
2020-09-01 18:09
Sərhəd Qoşunlarının Füzulinin Bala Bəhmənli kəndində yerləşən sərhəd zasta¬vasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan Sumqayıt sakinləri 35 yaşlı Cabir Babayev və 28 yaşlı Aqif Şirəlizadə saxlanıl¬ıblar. Şəxslərin üzərindən 12 kq heroinə və 9 kq 700 qram tiryəkə oxşar narkotik maddələr aşkar edilərək götürülüb. Sərhəd pozucularını qarşılamaq üçün “Daewoo” markalı avtomobillə əraziyə gələn Sumqayıt sakinləri 26 yaşlı Raqif Ağaseyidli və 23 yaşlı Tamerlan Musayev şübhəli şəxs qismində saxlanıl¬ıblar. Nəqliyyat vasitəsindən 0,032 qram metafetaminə oxşar psixotrop maddə aşkar edilib.
Vüsalə Camal