Sərhəd ərazilərə yaxın idxal nəzarəti məntəqələri yaradılacaq
2020-01-17 18:06
2020-ci ilin Dövlət İnvestisiya Proqramına uyğun olaraq 2 idxal nəzarəti məntəqəsinin tikintisinə başlanacaq. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin sözlərinə görə, idxal olunan məhsulların təhlükəsizliyinin təmin edilməsi, ölkə ərazisinə heyvan xəstəlikləri və bitki zərərvericilərinin yayılmasının qarşısını almaq məqsədilə sərhəd ərazilərə yaxın yerlərdə idxal nəzarəti məntəqələrinin yaradılması ilə bağlı layihələndirmə işlərinə başlanıb.
Ruhəngiz Hacızadə