Canlı
Sərhədçilər qanunsuz yolla keçirilən dərmanlar aşkarlayıb

2018-09-13 / 16:33

Gürcüstandan gələn avtomobildə qanunsuz yolla keçirilən dərmanlar aşkarlanıb. "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Mercedes" markalı avtomobillə gələn Azərbaycan vətəndaşının maşını saxlanılıb və gömrük baxışı keçirilib. Nəqliyyat vasitəsinin sağ və sol yan karnizlərinin içindən hər birində 10 ədəd olmaqla 566 konvalut və 2 ədəd şüşə flakon dərman vasitələri aşkarlanıb. Fakt araşdırılır.

Vəfa Şairova