Sərhədçilər Füzulidə 8 kq-dan artıq narkotik aşkarlayıb
2021-04-19 14:06
Aprel ayının 18-də Füzulinin Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən kolluqların arasında 1 ədəd ağ rəngli bağlama aşkarlanıb. Bağlamanın içərisindən çəkisi 8 kiloqram 200 qram narkotik vasitəyə bənzər maddələr və psixotrop tərkibli 780 ədəd metadon-40 dərman preparatı aşkarlanaraq götürülüb.
Nərgiz camal