Sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək
Yanvarın 29-dan fevralın 1-dək sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək. Yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək. Çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləş üzrə qaliblər müəyyənləşəcək. Yarış gənclərdən ibarət milli komandalara seçim xarakteri daşıyacaq.
Vüsalə Cənnətova