Canlı
Sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında ölkə çempionatı keçiriləcək

2018-12-06 / 10:06

Dekabrın 18-dən 20-dək Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında ölkə çempionatı keçiriləcək. Dünya Güləş Birliyinin qaydalarına uyğun təşkil olunacaq yarışda 10 çəki üzrə mükafatçılar müəyyənləşəcək. Görüşlər hər gün saat 10-da başlayacaq. Yarımfinal və medallar uğrunda qarşılaşmalar saat 17-də start götürəcək.

Vəfa Şairova