Sərbəst güləş üzrə Azərbaycan yığması növbəti təlim-məşq toplanışı üçün Dağıstana yollanıb
2020-03-07 16:05
Sərbəst güləş üzrə Azərbaycan yığması növbəti təlim-məşq toplanışı üçün Dağıstana yollanıb. Qonşu ölkədəki hazırlıqda iki gəncəli güləşçi də iştirak edəcək. Onlar yeniyetmələrin olimpiya oyunlarının qalibi Turan Bayramov və London Olimiadasının qızıl mükafatçısı Toğrul Əsgərovdu. Hər iki idmançı komandamızın bundan öncəki Kislovodsk toplanışında da millinin tərkibində yer alıblar. Məşqlər Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
Vüsalə Camal