Canlı
Sərbəst güləşçilərimiz "Qitələrarası Kubok"da yarışacaqlar

Oktyabrın 14-15-də Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 9-cu “Qitələrarası Kubok” keçiriləcək. Beynəlxalq turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, Polşa, Rumıniya, Peru, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ukrayna və Belarusiya idmançılarının iştirakı gözlənilir. Yığma komandamız yarışa 7 çəkidə 11 pəhləvanla qatılacaq.

Vəfa Şairova