Səhiyyə Nazirliyinin eksperti uşaqlar arasında yayılan yeni virusdan danışıb
2021-11-03 10:06
Bu gün uşaqlar arasında öskürək, qusma, halsızlıq, ishal kimi əlamətlərlə müşahidə edilən xəstəlik yayılmaqdadır. Bunlar əsasən üst tənəffüs yolları infeksiyasına aiddir. Səhiyyə Nazirliyinin mütəxəssisi, pediatr Erkin Rəhimovun sözlərinə görə, müayinə aparmadan hansı virusun olmasını dəqiq demək mümkün deyil. Lakin qış fəslinə keçdikcə, havalar soyuduqca üst tənəffüs yolu infeksiyaları çoxalır və onların bir çoxunda əlamətlər eyni olur.
Nərgiz camal