Səhiyyə Nazirliyi Ramazan ayında qidalanma ilə bağlı əhaliyə müraciət edib
Ramazan ayında balanslı qidalanmaya diqqət yetirilməlidir. Səhiyyə Nazirliyindən bildirilib ki, bədəndə maye ehtiyacını artıran çay və qəhvə istehlakı minimuma endirilməlidir. Artıq miqdarda və sürətli yemək sağlamlıq problemlərinə səbəb ola bilər. İftar süfrəsində ilk növbədə şorba, tərəvəz və salat olmalıdır. Həddindən artıq yağlı qidalara üstünlük verilməməlidir. Uzun müddət aclığa səbəb olan oruc, kalori qəbulunu məhdudlaşdıraraq və maddələr mübadiləsini sürətləndirərək, bədəndəki yağ yandırma prosesini dəstəkləyir.
Fərid Mehdiyev