Səhiyyə Nazirliyi koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə müddətli əlavələr ödəyib
2020-09-25 12:05
Səhiyyə Nazirliyi koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə avqust ayı üzrə müddətli əlavələr ödəyib. Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 618 tibb işçisinə maaşının 5 misli həcmində 477 min manat, 160 tibb işçisinə əmək haqqının 4 misli qədər 280 min manat, 1072 tibb işçisinə maaşının 3 misli həcmində 530 min manat vəsait ödənilib.
Vəfa Şairova