Səhiyyə Nazirliyi Cəbrayılda bölgə sakinləri üçün tibbi-humanitar aksiya həyata keçirib
Səhiyyə Nazirliyi işğaldan azad olunmuş Cəbrayıl şəhərində növbəti tibbi-humanitar aksiya keçirib.Aksiya çərçivəsində qadın və uşaqlara tibbi müayinələr aparılıb, konsultasiya və profilaktik xidmətlər göstərilib. Həkimlər reproduktiv sağlamlıq, hamiləliyin planlaşdırılması və uşaq sağlamlığı ilə bağlı sakinləri məlumatlandırıblar. Tibbi aksiya zamanı ümumilikdə 120 nəfər müayinədən keçirilib.
15 may 2026

