Səhiyyə naziri qriplə əlaqədar tapşırıqlar verdi - Dərman preparatlarının ehtiyatı yaradılsın

2019-10-09 12:04

Səhiyyə naziri Oqtay Şirəliyev “2019-2020-ci ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” Əmr imzalayıb. Qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatının yaradılması, profilaktik dezinfeksiya işlərinin gücləndirilməsi kimi göstərişlər verilib.

Vüsalə Camal